...

Dövlət qulluğunda 113 vakansiya üzrə müsabiqə elan olunub

Cəmiyyət Materials 19 Mart 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Respublikası prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Dövlət qulluğunda inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 113 vakansiyaya namizədlərin seçilmə prosesi Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 30 gün müddətində Komissiyaya təqdim etməlidir. Sənədlər yoxlanıldıqdan sonra namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanına buraxılacaqlar.

Fevraldan başlayaraq Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası dövlət orqanlarında 190-a qədər vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Xəbər lenti

Xəbər lenti