...

BATƏŞ Parisdə qondarma erməni soyqırımının tanınmasına etiraz olaraq keçiriləcək mitinqdə iştirak edəcək

Cəmiyyət Materials 28 Mart 2007 11:30 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/ Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurası (BATƏŞ) aprelin 14-də "Tələt Paşa Komitəsi" təşkilatının qondarma erməni soyqırımının Fransa və ABŞ parlamentlərində tanınmasına etiraz olaraq təşkil edəcəyi mitinqdə iştirak edəcək. Bu barədə Trendin müxbirinə məlumat verən BATƏŞ-in fəxri prezidenti, Azərbaycanın Benelüks (Belçika, Hollandiya, Lüksemburq) Dövlətləri üzrə səfirliyinin birinci katibi Fuad Hümbətov məlumat verib. O,Fransada və Avropanın digər ölkələrində yaşayan azərbaycanlıları Parisin məşhur Bastiliya meydanında keçiriləcək mitinqdə iştirak etməyə çağırıb.

Yaxın vaxt ərzində təşkil edəcəkləri digər tədbirlərə də toxunan Hümbətov, martın 29-da Hollandiyanın Haaqa şəhərində BATƏŞ-in təsisçilərindən biri olan, Avrasiya fondunun sədri Fatma Aktaşın təşkilatçılığı ilə Novruz bayramı və onun tarixi-mədəni əhəmiyyəti ilə bağlı geniş tədbir keçirəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti