...

Moskva Dövlət Universitetinin Bakı filalı fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 2 Aprel 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ 2007-ci ilin sonunda Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayacaq. Bu barədə bazar ertəsi Bakıda parlamentin Elm və Təhsil məsələləri daimi komissiyasının sədri, millət vəkili Şəmsəddin Hacıyev məlumat verib.

Ş.Hacıyev bildirib ki, bununla bağlı aparılan ikitərəfli müzakirələr yekunlaşmaq üzrədir.

"Moskva Dövlət Universitetinin Bakı filalının açılması Azərbaycan və Rusiya təhsil nazirlikləri arasında imzalanmış sazişdə və Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun Bakıya səfəri zamanı imzalanmış sənəddə öz əksini tapıb", -deyə Ş.Hacıyev əlavə edib.

Onun fikrincə, bu iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirəcək.

Xəbər lenti

Xəbər lenti