...

Gəncədə polis əməkdaşı barəsindəki cinayət işi yekunlaşır

Cəmiyyət Materials 5 Aprel 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Gəncə Şəhər Polis İdarəsi Kəpəz rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüqar Orucov barəsində başlanmış cinayət işinin istintaqı aprelin sonunda yekunlaşacaq. Gəncə şəhər prokurorluğundan Trend ə cümə axşamı verilən məlumata görə, cinayət işinin materialları baxılmaq üçün Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndəriləcək.

Orucov xidməti silahından ehtiyatsız davrandığına görə qonşusu Rüfət Allahverdiyevi güllələyib. Hadisə nəticəsində Allahverdiyev aldığı güllə yarasından bir neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti