...

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Komissiyanın müsabiqəsində iştirak üçün 634 namizəd qeydiyyatdan keçib

Cəmiyyət Materials 5 Aprel 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət orqanlarında müxtəlif sahələr üzrə ümumilikdə 189 vakant yerin tutuluması üçün elan etdiyi 4 müsabiqədə iştirak etmək üçünr aprelin 5-dək 634 namizəd qeydiyyatdan keçib. Bu barədə cümə axşamı komissiyadan məlumat verilib.

Namizədlərdən 120 nəfəri qadın, 514 nəfəri isə kişidir. Ümumi göstəricilərə görə, namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, Hesablama Palatasında, Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində və Sənaye və Energetika Nazirliyində olan vakant yerlərə daha çox maraq göstərirlər.

Aprelin 5-nə olan məlumata əsasən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 5 vakant vəzifə üzrə 157, Hesablama Palatasında 25 vakant yer üzrə 151, Mədəniyyət və Turizm Nazirliyində 5 vakant vəzifə üzrə 119, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 6 vakant yer üzrə 50 və Sənaye və Energetika Nazirliyində 14 boş vəzifə üzrə 49 namizəd qeydiyyatdan keçib.

Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Standartldaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mövcud olan vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu aprelin 19-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti