...

ATƏT "Realnı Azerbaydjan" qəzetinin baş redaktorunun həbsinə reaksiya verdi

Cəmiyyət Materials 24 Aprel 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ ATƏT-in saytında yerləşdirilən bəyanatda qurumun mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti "Realnı Azerbaydjan" həftəliyinin və "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Eynulla Fətullayevin həbsi ilə bağlı narahatlığını ifadə edib. Bu həbsdən sonra cəzaçəkmə müəssisələrində olan jurnalistlərin sayı 5 nəfərə çatıb.

Bakının Yasamal rayon məhkəməsi ötən həftə Azərbaycanın işğal olunmuş Xocalı kəndi sakinlərinin və İnternet-forumda Azərbaycan ordusunun nüfuzuna xələl gətirdiyi üçün Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə zamanı Fətullayev onun adından naməlum müəllifin istifadə etdiyini bildirib. Məhkəmə təhqiqatı zamanı qərara alınıb ki, Fətullayev həmin iddia üzrə cərimə də ödəsin.

Bəyanatda vurğulanıb ki, ATƏT nümayəndəsinin ofisi bütün həbs olunan jurnalistlərin, o cümlədən Fərəməz Novruzoğlu, Sakit Zahidov, Rafiq Tağı və Samir Sədaqətoğlunun taleyi ilə maraqlanmaqda davam edir. Haraşti qeyd edib ki, Fətullayevin həbsindən dərhal sonra "Realnı Azerbaydjan" qəzetinin əməkdaşı Uzeir Cəfərova hücum edilib və indi o, ağır vəziyyətdə xəstəxanadadır.

Haraşti bu həftə Bakıya səfər edəcək. Burada o, İslam Konfransı Təşkilatının "Mətbuatın tolerantlıq və qarşılıqlı anlaşmanın inkişafındakı rolu" mövzusunda tədbirində iştirak edəcək. Haraşti ümidvar olduğunu bildirib ki, səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə mətbuat azadlığı ilə bağlı vəziyyəti müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti