...

Rusiyanın ictimai fondları Qafqazın şeyxülislamını sülh və tolerantlığın bərqərar olmasındakı xidmətlərinə görə mükafatlandırıb

Cəmiyyət Materials 24 Aprel 2007 16:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Qafqazda sülh və tolerantlığın bərqərar olmasındakı xidmətlərinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ictimai fondları tərəfindən təsis olunmuş xatirə medalı ilə mükafatlandırılıb. Mükafatın təşkilat komitəsinin rəhbəri Yevgeni Kurçatovun çərşənbə axşamı verdiyi məlumata əsasən, medalın təqdimetmə mərasimində Şeyxülislam bu mükafatın laureatları arasında birincilər arasında olub. Mükafat Dünya Fondlarının Beynəlxalq Assosiasiyası, Veteranların Ümümdünya Federasiyası və "Xalqın yaddaşı" Veteranların Beynəlxalq Fondu tərəfindən təsis olunub. Medal faşizm üzərində qələbənin 62-ci illiyi ərəfəsində təsis olunub. Gələcək laureatlar arasında görkəmli ictimai-siyasi, dini xadimlər, elm və mədəniyyət nümayəndələri var, deyə Kurçatov qeyd edib.

"Bizim xalqları tarixən ən sıx əlaqələr birləşdirir. Gələcəkdə də İkinci Dünya Müharibəsində alman faşizminə qarşı yan-yana döyüşmüş xalqlarımızın tarixən qurulmuş əlaqələrini saxlamaq lazımdır", - deyə QMİ rəhbəri qeyd edib.

Onun sözlərinə görə, həmin illər heç kəs sovet xalqını müxtəlif milliyyətlərə bölmürdü. "Səngərlərdə ən müxtəlif nitq səslənirdi, lakin bizim atalarımızı vahid ruh - ümumi torpaq uğrunda mübarizə ruhu birləşdirirdi. Heç nə və heç vaxt bu vahidlik ruhunu qıra bilməz", - deyə Şeyxülislam vurğulayıb.

Xəbər lenti

Xəbər lenti