...

Bütün Qafqazın Şeyxi jurnalistlərə qarşı təzyiqə münasibət bildirib

Cəmiyyət Materials 26 Aprel 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S Ağayeva / Rafiq Tağının hərəkətinə dövlətin qanunları çərçivəsində yanaşılmalı və qanuna müvafiq hüquqi qiymət verilməlidir. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə cümə axşamı jurnalistlərə açıqlamasında deyib. Bütün Qafqazın Şeyxi hesab edir ki, kimliyindən asılı olmayaraq insanların heysiyyatına toxunan hər kəs qanun qarşısında cavab verməli, cəzasını almalıdır. Rafiq Tağı və Samir Sədaqətoğlunun bir qrup şəxs tərəfindən məhkəmə zalında hədə-qorxuya, təzyiqə məruz qalmasına gəlincə isə Şeyx bildirib ki, kiməsə hədə-qorxu gəlməyə qanun icazə vermir: "Mən həmin şəxslərin hərəkətlərinə haqq qazandırmıram. Bu şəxslərin hərəkətlərinə məhkəmələr, hüquq-mühafizə orqanları qiymət verməlidir".

"Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazar Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə təqsirləndirilərək həbs ediliblər. Hazırda onların işi Səbayel rayon məhkəməsində araşdırılır.

Xəbər lenti

Xəbər lenti