...

"Mimino"dan bütöv epizodlar kəsilib - Vaxtanq Kikabidze

Cəmiyyət Materials 4 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx.Trendlife Vüqar Vüqarlı/Məhşur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze ilə Muğam Teatrında Bəhram Bağırzadənin verilişinin çəklişlərində, Manananın prodüsseri Aqşinin köməkliyi ilə görüşə bildim. Vaxtanq əslində Bəhramın qonağı idi. Biz də belə qərara gəldik ki, Bəhram qonağını bizimlə də "paylaşdırsın". Və çoxdan bəri məni maraqlandıran suallara cavab tapdım - sadə, səmimi, maraqlı həmsöhbət.

-Bu dəfə Bakıya gəlişinizdə sizi nəsə təəcübləndirdi?

-Bəli, oldu. Aeroportdan düşən kimi görürəm ki, klarnet və dumbulçalanlardan ibarət ansambl ifa edir. Mənə çox maraqlı gəldi ki, onlar belə kimi qarşılayırlar (gülür). Mənim Bakıdakı dostlərım buna çalışıblar...

- Bakı və Tibilis arasında prinsipial fərqlilk nədən ibarətdir?

- Xalqlar arasında heç bir fərqlilik yoxdur. Şəhərlər arasında tək bir fərq var. O da ondan ibarətdir ki, burda məsciddir, orda isə kilsə.

- Siz bu qədər rol ifa etmisiniz. İnsanlar arasında isə əsasən "Mimino" filmində oynadığınız rolla daha çox yadda qalmısınız. Bu, sizi qıcıqlandırmır ki?

- (Gülür) . Məncə, bu, "fırladılmış" səhnədir. Mənim həmişə arzum olub ki, Hacı Muradı oynayım.Təəssüf ki, Rusiyada bu layihəni bağladılar. Layihənin ssenarisini hazırlamış Qeorqi Daneliya məni baş rolda çəkmək istəyirdi. Səhnədə Çeçenistan mövzusuna da toxunulub. Kim bilir, bəlkə bu roldan sonra hamı məni Hacı Murad kimi tanıyardı, Mimino kimi yox.

- İndi hər yerindən duran oxuyur. Bəs aktyor necə, hər kəs ola bilər?

- İncəsənət- incə zarafatdır. O, hər kəsə verilmir. Talantlı artist qısa muddət ərzində yaxşı bənna ola bilər. Yaxşı bənna isə heç vaxt talantlı aktyor ola bilməz. Çünki onda o istedad yoxdur. Oxumaq olar, oynamaq olar, lakin sənin istedadın yoxdursa, heç vaxt qabağa getməyəcəksən.

- Gəlin qayıdaq "Mimino"ya. Məndə olan məlumata görə, kinodan 45 dəqiqə kəsiblər. Kim onun indiki variantını görüb? Tamaşaçıların bütün versiyanı görmək şansları varmı?

- Tamamilə doğrudur. Senzuraya görə filmdən bütöv bir epizodu çıxarıblar. Final sonluğu isə təmamilə kəsilib. Mən "Mosfilm"-dən bu səhnəni almaq istədim ki, kəsilmiş kadrları tapım. Sözsüz ki, onlar hardasa saxlanılır.

- Bəs əsl sonluq necə idi?

- Səhnədə Pyotr adlı bir personaj olur. Petr atları nallayır. Yadınızdadır, Mimino ona söz verir ki, nal alacaq. Mimino Pyotra onun istədiyi "Made in USA" yazısı olan nal alır. Və final səhnəsində Mimino stüardessadan üzr istəyib deyir: "İstəyirsiz, mən özümü təyyarədən yerə atım. Onda məni bağışlayarsınız? Həqiqətən, o , cibindəki nallarla birgə hava balışının üstünə düşür. Özü də bilmədən Pyotr yanında peydə olur. Pyotr çox sağ ol demək əvəznə ona bildirir ki, mən artıq amerikan firmasıyla sazişi pozmuşam. İndi mismarım çatmır. Mismar istəyir. Mimino çevrilib getmək istəyəndə Pyotr gülür. Mimino onun gülməyinin səsəbini soruşur. Cavabında isə Pyotr ona "Şalvarın arxadan cırılıb" deyir. Və final sonluq səslənir. "Pyotr, qulaq as. Sən əsl axmaqsan. Bir yan-yörənə bax. Sağda Elbrus, solda Kazbek .Sənsə mənim arxama baxırsan!" (Gülür).

- Bəs yaraşıqlı Zarbazanın taleyi necə olur?

-Onun çox maraqlı, faciyəvi taleyi var. Biz onu küçədən tapmışdıq. Sən demə, onun sahibi ölən generalmış. Biz onu Zarbazan adlandırdıq. Çəkilişlər zamanı o, bizimlə idi. Sonra isə filmin direktoru Moskvada yaşamış yəhudi onu özü ilə paytaxta apardı. Moskva çəkilişlərinə də o bizimlə getdi. Birinci gecə isə it öldü. Biz yedik-içdik, tostlar dedik. Dedik ki, hətta Zarbazan da vətən ayrılığına dözmədi.

- Filmdə sizin bacınız oğlu rolunda oynayan oğlan, deyirlər ki, həyatda da sizin qohumunuzdur?

-Yox. Onu da biz küçədən tapmışdıq. Yeri gəlmişkən, bu yaxınlarda o, mənim yanıma gəlmişdi. Sağlam, canlı bir adamdır. Özünü təqdim etməsəydi, onu tanımazdım.

- Və sonuncu sual. Azərbaycanda bu filmi sevənləri belə bir sual maraqlandırır. Nəyə görə filmdə erməni, gürcü var, azərbaycanlı yoxdur.

-(Gülür) Səhnənin ilk başlanğıcında erməni yox idi. Frunzika Mkrtıçanın yerinə başqa personaj olmalı idi. Bu rolu Tbilisi rusu Yevqeni Leonov oynamalı idi. Rolda o, dəqiq, restoranda heç kimi əlini cibinə salmağa qoymayan, nəqliyyatda xanımlara yer verən bir adam olmalı idi. Senzorlar dedi ki, belə rus olmur. Ssenarini dəyişməli olduq. Mən inanıram ki, ermənin yerinə azərbaycanlı da oynasaydı, səhnə maraqlı alına bilərdi.

Xəbər lenti

Xəbər lenti