...

Vəkil sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin barəsindəki cinayət işinin icrasına xitam verilməsilə bağlı vəsadət qaldırıb

Cəmiyyət Materials 16 May 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend . müx.E.Cavadova

Mayın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsinə hazırlıq iclası davam etdirilib. Fərhad Əliyevin vəkili Elton Quliyev onun barəsindəki cinayət işinin icrasına xitam verilməsi ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırıb. Vəkil vəsadətini onunla əsaslandırıb ki, Fərhad Əliyevə qarşı irəli sürülmüş qanunsuz özəlləşdirmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, tabeliyindəki işçiləri ələ alma və digər cinayətlərə dair ittihamlar ibtidai istintaq zamanı sübuta yetirilməyib və bu ittihamlar Fərhad Əliyevə qarşı qərəzli şəkildə irəli sürülüb.

Fərhad Əliyev də vəkilin qaldırdığı vəsadəti müdafiə edərək, məhkəmədən bu vəsadətin təmin olunmasını xahiş edib.

Fasilədən sonra tərəflər vəsadətə münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti