...

"Sərxoş" qocanın sayıqlamaları

Cəmiyyət Materials 17 May 2007 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /direktor TrendLife Cəmilə Ocaqova/Nə baxırsan? Səni bele-belə... Bəlkə sən də içmək istəyirsən? -deyən kişi hər keçib ona baxana bu sözləri deyirdi. Bu yaxınlara qədər Məmməd kişi sağlam, möhkəm, zəhmətkeş bir adam idi. İndi isə... Görünür o "bomjdur", sadəcə, səliqəli geyimdə. Bəli, o Allahın verdiyi hər gün içir, ancaq onu hələ "alkoqolik" adlandırmaq olmaz. O, əlindəki butulkadan çirkli daş stəkana süzüb içirdi. "Mən hər zibili içmirəm, ancaq yaxşısını" - deyə Məmməd öyünürdü. "Ən yaxşı" adlandırdığı likyoru o, bir manat yarıma evinin yanındakı piştaxtadan alır. O, içdyini ürəklə hamıya təqdim edir, görünür, heç kimin zəhərlənməyə halı yoxdur. Həm də hərə öz canından qorxur. Məmməd kişinin bu vəziyyətə düşməsi hələ 5 il bundan əvvəl yeganə qızının burdan çıxıb getməsidir. Qızı hara getsə, yaxşıdır? Kanadaya! "Mənə deyəndə ki, sən necə bəxtəvərsən, elə bil məni söyürlər. Bu da mənim qızım, neçə illər Kaspar zavodunda mühəndis işlədi, sonra da atılmış amerikanlının yanını yumağa getdi".

Məmməd kişiyə kürəkəni barədə sual verəndə az qalır dil-dodağını çeynəsin.Yadımdadır, əclafın nənəsi erməni idi. Hardansa lazımi sənədlər yığıb toplamışdı. "Eşidirsən, sənə nə deyirəm" - başlayır sakit-sakit pıçıldayıb göz vurmağa. "Bilirsən də hansı Nazirlikdən bu arayışı alıb, onları burda sıxışdırıblar. Və bu ulu nənənin mənzilini zəbt etməyə cəhd göstərirlər. Onların orda - Nazirlikdə öz şöbələri ki, var, lazım olan məlumatları ordan götürürlər. Sən mənə inanmırsan? Sonradan biləndə deməyəcəksən ki, bu qoca kişinin sayıqlamalarıdır".

Daha sonra o məni sual atəşinə tutmağa başladı: "Ümumiyyətlə, siz jurnalistlər nə işlə məşğulsuz? Hamı bilir ki, Bakıda hər bir işi pul həll edir. Siz yoxsa camaatın qara qaşına-qara gözünə aşiq olubsunuz? Bəlkə burdan Hollandiyaya hansı yolla gedirlər, onu da bilmirsiz?" Məmməd kişi sözünə davam etməyə başladı: "Şəxsən mən adam tanıyıram ki, Hollandiyaya köçməyi özü düzüb-qoşur. Sadəcə, puluna minnət, pulu verirsən, sənə lazım olan vizanı düzəldirlr. Onun göndərdiyi adamlar heç vaxt qayıtmırlar".

- Bəyəm onları indiyinə qədər qovmayıblar?

- Bir dəfə onların quyruğunutapdalayanda əllərini uzadırlar, vəssalam...

- Bəs onda siz niyə qızınızın getməyindən şikayət edirsiniz?

- Burdada nə vaxtsa yaxşı olacaq?

Onun bu qəfil sualı məni çaşdırdı. "Bu gün üçün nə yaxşıdır? Biz həmişə bu düşüncə ilə böyümüşük: insanı sevmək, bir-birinə inanmaq, etibar etmək lazımdır. İndi bu fikirlər köhnəlib, heç kimə lazım deyil. Biz daha gözləmirik ki, kimsə bizə işıqlı gələcəyin qızıl açarını verəcək. Bizim başqa cürük düşüncələrimiz də tam fərqlidir".

Birdən Məmməd kişinin mənə dediyi söz yadıma düşdü: "Siz jurnalistlər nə gözləyirsiz? Kimisə nazir və yaxud da prezident qoyacaqlar? Onlar artıq yeyib doyublar. Təzə gələnlər isə ac olacaqlar. Kimə yaxşı olacaq?"

Bəli, ayıq fikirli olan Məmməd kişiyə lap adamın paxıllığı tuturdu. Bir anlıq fikirləşdim ki, bəlkə bu kişini agentliyimizə jurnalist işinə götürək? Bizim üçün kəsərli məlumatlar toplaya bilər. Edə bilmədim. İşçilərimiz "bizə rəqib lazım deyil" dedilər. Bəli, həyatın öz qanunları var. Hər bir insan öz həyatını qaranlıq da və işıqlı da edə bilər. Bu, nəinki müxtəlif adamlardan, həmçinin bizdən və sizdən asılıdır.

Xəbər lenti

Xəbər lenti