...

Salyanda sahilqoruyucu bənd dağılıb

Cəmiyyət Materials 23 May 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Kür çayının Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsinin artması nəticəsində bu gün Salyanın Ərəbqardaşbəyli kəndində sahilqoruyucu bənd qəflətən dağılıb. Nəticədə əkin sahələrini və 20-yə yaxın yeni salınmış həyəti su basıb. Bəndin bərpası üçün əraziyə texnika və canlı qüvvə toplanılıb. İlkin tədbirlər nəticəsində Kürün kəndə axmasının qarşısı qismən dayandırılıb.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti