...

Elməddin tək getdi

Cəmiyyət Materials 24 May 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /mx.TrendLife Vüqar Vüqarlı/Deyəsən, "Maşın-şou" adlanan triller sona yaxınlaşmaq üzrədir. Dünən demək olar ki, bir parça dəmir üstündə oyunçular maskalarını çıxarıb atmışdılar. Oyunda sona qalmaq arzusu ürəyində qalan oyunçulardan biri layihəni könüllü tərk etdi. Söhbət Elmədinn Cəfərovdan gedir.

Baxmayaraq ki, Murad Arif onun həmkarıdır, Elməddin bu oyunda qalib gəldi. Dünənki dostlar bir anda bir-birinə düşmən kəsildilər. Keçmiş di-cey indiki yumoristə arxadan zərbə vurdu. Murad "Mən ona görə Xəyyamı seçmədim ki, birdən o, sms çoxluğu yığar" -dedi. Bu sözündən sonra yumorist onun iç üzünü açdı. Muradın bu hərəkəti Elməddinə təsir etmişdi. Sanki öküzə qırmızı təsir edən kimi, o da dünənki həmkarının əksinə getdi. Yumorist elə hərəkət etdi ki, heç kəs ondan o hərəkəti gözləmirdi. Səs topladı, özü oyunu tərk etdi.

Şouda öz simasını itirmək istəmirdi. Ay Elməddin, Elməddin. Demək olar ki, sən simanı maşın-şounun birinci günü itirmişdin. O vaxt ki, bir dənə maşina görə tamaşaçılara yalvarırdın ki, sənə səs göndərsinlər. Səs toplayıb, hamıdan çox maşina ehtiyacı olan adamı - Allahverdi Yolçuyevi çıxartdın. Qaldı sənin dünənki həmkarına, o, özünü o qədər səviyyəsiz apardı ki, artıq yerə onun adını çəkmək istəməzdim. Onsuz da hamı hər şeyi gördü və bir daha əmin oldular ki, bir parça dəmir insan ruhundan yüksəkdir. Hərçənd bilirsən ki, ideal insan yoxdur (biz heç birimiz günahsız deyilik) amma...

İştirakçılardan biri zarafatca "yaxşı ki, biz ev üstündə mübarizə aparmırıq" frazasını işlədəndə birdən-birə mən qorxdum. Onda bizim izlədiyimiz film psixoloji triller yox, "Kriminal Azərbaycan" adlı bədii film olardı.

Xəbər lenti

Xəbər lenti