...

Azərbaycanın qızlardan ibarət futbol yığması Türkiyəni udub

Cəmiyyət Materials 29 May 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə qızlaradan ibarət yığması (U-19) Avropa birinciliyinin seçim turnirinə hazırlığı davam etdirir.

Trend xəbər verir ki, komandanın hazırlıq səviyyəsinin artırılması çərçivəsində komanda türkiyəli həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib və 2:1 hesabı ilə qələbə qazanıb. Komanda indi Bosfor sahillərindən olan qonaqlarla Zabrat qəsəbə stadionunda daha bir görüş keçirəcək. Bu görüşdə isə komandanın məşqçilər korpusu oyunçuların hazırlıq səviyyəsini bir daha yoxlayacaq. Belə ki, komandada əsas heyətdə oynamağa bir sıra iddialılar var və onlar yoxlama görüşündə özlərini göstərməlidirlər.

Xatırladaq ki, qızlardan ibarət futbolçuların beynəlxalq arenada oynamaq təcrübəsi yoxdur və onlar ilk addımlarını atırlar.

Xəbər lenti

Xəbər lenti