...

Dövlət Komitəsinin sədri: "Maynz azərbaycanlıların ən çox toplantılar keçirdiyi şəhərə çevriləcək"

Cəmiyyət Materials 31 May 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaniyanın Maynz şəhəri azərbaycanlıların ən çox toplandığı, tədbirlər keçirdiyi şəhərə çevriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə axşamı açıqlama verib.

İbrahimov Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikası Maynz şəhər Bələdiyyəsinin başçısı Yens Boytelə Dövlət Komitəsinin qərargahında plaket təqdim edib. Dövlət Komitəsi Boyteli Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, onlarla yaxın əməkdaşlığına və dəstəyinə görə mükafatlandırıb.

İbrahimov Maynzda Azərbaycan diasporunun tədbirlərini, bu şəhərdə keçirilmiş "Azərbaycan günləri"ni xatırladıb. Maynz-Bakı əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini deyib.

Maynz şəhər Bələdiyyəsinin başçısı Boytel qeyd edib ki, onun şəhərinin Azərbaycanla mədəni əlaqələri hələ 1984-cü ildə qurulub. Maynzla Bakının universitetlərarası əlaqələrinin mövcud olduğunu deyən Boytel əlavə edib ki, bundan sonra tələbə mübadiləsi də həyata keçiriləcək.

Boytel Maynz Bələdiyyəsinin xarici vətəndaşlar məclisində iki nəfər azərbaycanlının da təmsil olunduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti