...

Əzizə Mustafazadə: "Mən hər bir işimi Vaqif Mustafazadənin xatirəsinə həsr edəcəm"

Cəmiyyət Materials 11 İyun 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Düzünü deyim inanmırdım ki, Əzizə Mustafazadə jurnalistlərlə görüşmək istəsin. Lakin o görüşdü və bütün yazarların, eləcə də "TrendLife"ın müxbirinin suallarını cavablandırdı.

- Əzizə xanım, uzun illərdir ki, Bakıda çıxış etmirdiniz. Bəs gələcəkdə necə, burada tez-tez konsert verməyi planlaşdırırsınızmı?

- Bəli! Mən Bakıda mütləq yenə konsert verəcəm.

- Siz hazırkı Azərbaycan cazının vəziyyətini necə qiymətləndirərdiniz?

- Mən Azərbaycanla, Bakı şəhərimlə və ən nəhayət Caz Mərkəzi ilə fəxr edirəm. Caz həyatının belə yüksək səviyyəyə gəlib çatmasında Nuri Əhmədovun, professor Fərhad Bədəlbəylinin, Rövşən Nəbioğlunun böyük əməyi olub. Əgər kiminsə adını çəkmədimsə, üzr istəyirəm. Mən istəyirəm ki, belə insanlar çox olsun. Bizim cazın buna ehtiyacı var. Allah bizə kömək olsun!

- Vaqif Mustafazadədən sonra Əzizə Mustafazadə olmaq çətin olmadı ki?

- Hətta indi də mənə bu haqda danışmaq belə çətindir. Prinsipcə mən Əzizə kimi çoxdan Əzizəyəm. Elza xanım, (anasına muraciət edir) Əzizə Mustafazadə olmaq çətin idi? Mənim yadımda deyil... Mən üç yaş dörd aylıq idim, Bakıda Afrika və Asiya Forumunda iştirak edirdim. İkinci çıxışım isə Gürcüstanda atamla birgə olub və ikimiz də eyni medala layiq görülmüşük. Yəqin ki, bu, alın yazısıdır. Mən Azərbaycan televiziya və radiosunun çiçəklənmə dövründə böyümüşəm. Hətta mən "Cücələrim" cizgi filminin musiqi tərtibatında iştirak etmişəm. Bilmirəm, sizin yadınızda olar, ya olmaz.

- Vaqif Mustafazadədən sonra Əzizə Mustafazadə olmaq böyük hünər tələb edir. Çətin deyil ki?

- Yox çətin deyildi. İnanın ki, ilk addımlardan tutmuş son addımıma qədər mənim tək bir arzum olub: nə edirəmsə, Vaqif Mustafazadənin xatirəsinə həsr edim.

Xəbər lenti

Xəbər lenti