...

Məhkəmədə sabiq nazirin vəkilinin vəsatəti baxılmamış saxlanıldı

Cəmiyyət Materials 14 İyun 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin məhkəməsi cümə axşamı davam etdirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçən prosesdə 2004-cü ildə Qarabağ veteranlarına paylanılmalı olan özəlləşdirmə paylarının mənimsəniliməsi epizodu üzrə zərərçəkənlər dindiriliblər.

Prosesin əvvəlində F.Əliyevin vəkili Elton Quliyev vəsatət qaldırıb. O, 2004-cu ilin avqust-noyabr ayları ərzində "Kapitalbank" tərəfindən əlil və veteranlara verilmiş özəlləşdirmə paylarına dair Nazirlər Kabinetinə təqdim edilmiş hesabat siyahısının məhkəmə tərəfindən sorğu ilə alınmasını tələb edib. Hakim isə bilidrib ki, bu epizod üzrə 1300 zərərçəkəndən hələki 87-si dindirilib. Ona görə də indiki mərhələdə bu vəsatətə baxılmasını düzgün hesab etməyib. Hakim qeyd edib ki, zərərçəkənlərin dindirilməsi başa çatdıqdan sonra məhkəmə bu vəsatətə öz münasibətini bildirəcək.

Sonra məhkəmədə özəlləşdirmə payının mənimsənilməsi epizodu üzrə zərərçəkənlər ifadə veriblər. Fasiləyə qədər əsasən Samux və Gəncədən olan zərərçəkmişlər dindirilib.

Proses davam edir.

Xəbər lenti

Xəbər lenti