Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ İyunun 23-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranması ilə əlaqədər Bakıda Qaçış Günü keçiriləcək.
Bu münasibətlə BOK digər ölkələrə olduğu kimi, Azərbaycana da qurumun prezidenti Jak Roqqenin imzaladığı diplomlar göndərib. Bu diplomlar təkcə mükafatçılara deyil, həmçinin 10 km məsafədə qaçışı həyata keçirən hər bir kəsə veriləcək. Bununla da olimpiya hərəkatının bərpasının təşəbbüskarı Pyer de Kubertenin "Əsas qələbə yox, iştirakdır" çağırışı yerinə yetmiş olur.
Qeyd edək ki, Bakıda hər il Qaçış Günü keçirilir. Kross iştirakçıları ənənəvi olaraq Milli Parkda müəyyən məsafəni qət edirlər.