Azərbaycan, Bakı, 22 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Aygün Kazımovanın keçmiş prodüsseri Tolik (Tarıx, Tarişok, ...) "TrendLife" müxbiri ilə söhbətində müğənninin ünvanına bu sözləri dedi: "Konsertə 14 min bilet satılmasından söhbət gedə bilməz. Axı iyunun 3-dən 20-nə qədər bu qədər bilet satıla bilməz. Cəmi 2700 bilet satılıb. 10 min bileti Aygün dəvətnamə şəklində paylayıb. Lakin heç buna tələbat yox idi. Mən bunu elə-belə havadan söyləmirəm. Məndə mühasibata uyğun gələn sənədlər var. Axı biz satışdan vergi verməli idik". Bizim verdiyimiz xəbərə görə, stadionda heç 7 min adam olmazdı.