Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Çempionlar liqasının seçmə mərhələsində "Xəzər-Lənkəran"ın rəqibinin kimliyi mənim üçün əhəmiyyət kəsb eləmir". Bu sözləri adıçəkilən komandanın baş məşqçisi Ağasəlim Mircavadov "Xəzər-Lənkəran"ın avrokubokdakı mümkün rəqibləri barədə danışarkən söyləyib.
Məşqçi qeyd edib ki, son illərdə Avropada futbolun, o cümlədən klub futbolunun səviyyəsi xeyli artıb. "Burada artıq aşkar autsayderlər yoxdur. Hər bir komanda özünü göstərməyə çalışır, mümkün qədər çox irəliləməyə çalışır. Bizim əsl gücümüz məhz avrokubokda görünəcək. Məhz burada uşaqlar nəyə qadir olduqlarını göstərməlidir" - deyə Mircavadov qeyd edib.
Bu günlərdə ölkə çempionu və kubok sahibi Zalsburqa yollanacaq. Burada komanda yeni mövsümə hazırlığın birinci mərhələsini keçəcək.