...

Əli İsmayılov növbəti döyüşünü sentyabrda keçirəcək

Cəmiyyət Materials 27 İyun 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov özünün növbəti reytinq döyüşünü sentyabrda keçirəcək.

Boksçunun Trend ə verdiyi məlumata görə, hazırda belçikalı İsmayıl Abdul ilə danışıqlar aparılır. Bu yaxınlarda Abdul WBO-Latino titulunun sahibi ilə döyüşdən imtina etmişdi. Lakin belçikalı ilə görüş Əli üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki boksçumuz qələbə qazanacağı təqdirdə EBU (European Boxing Union) versiyası üzrə titula ilk namizəd olacaq.

İsmayılov etiraf edib ki, Abdulun döyüşdən imtina etməsinin əsl səbəbini öyrənmək mümkün olmayıb. "Öz promouterimdən soruşdum bunu. Lakin o dedi ki, rəqib imtinanın səbəbini açıqlamayıb. Bununla yanaşı düşünürəm ki, İsmayıl rinqə çıxacaq və biz açıq döyüşdə güclü tərəfi müəyyənləşdirəcəyik" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti