...

Azərbaycanda dini vəziyyət regionun digər ölkələrindən yaxşıdır – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri (video)

Cəmiyyət Materials 9 İyul 2007 21:00 (UTC +04:00)
Azərbaycanda dini vəziyyət regionun digər ölkələrindən yaxşıdır – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanda dini vəziyyət stabildir. Dini etiqad azadlığı baxımından Azərbaycanda vəziyyət region ölkələrindən daha yaxşıdır. Bunu bazar ertəsi jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülslam Hacı Allahşükür Paşazadə bildirib.

Dünyanın bir çox ölkələrində İslam zəminində terror aktları baş verir, ekstremist hərəkətlər, dini konfessiyalararası qarşıdurmalar müşahidə olunur. Azərbaycanda bütün bunlar yoxdur.

"Şübhəsiz ki, müəyyən çətinliklər mövcuddur. Müxtəlif xristian və yəhudi dini qüvvələri Azərbaycanda öz ideyalarını yaymağa cəhd edirlər. Amma onların cəhdlərinin həmişəki kimi qarşısı alınır", - deyə QMİ sədri bildirib.

Azərbaycanda dindarların sayı artır. Əgər sovet dövründə ölkədə 18 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 1700-ə çatır, - deyə şeyxülislam bildirib.

Xəbər lenti

Xəbər lenti