...

Avropa Şurasının Baş Katibi uşaq hüquqlarına dair yeni Konvensiyanı alqışlayır

Cəmiyyət Materials 16 İyul 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Şurasının Baş Katibi Terri Devis uşaqların cinsi istismar və istifadədən müdafiəsınə dair Avropa Şurasının yeni Konvensiyasının qəbul olunmasını təqdir edir. Bu barədə Devis özü açıqlama verib.

Qeyd edək ki, Avropa Şurasının Nazirlər Komitəsi "Uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair Konvensiya" qəbul edib. Sənəd bu sahədə xüsusi irəliləyiş təşkil edir.

Devis Konvensiyanın qəbul edilməsini alqışlayaraq, uşaqların cinsi istismar və istifadəsinə qarşı mübarizədə heç bir tərəddüd və laqeydlik göstərilməməsinin vacibliyini vurğulayıb.

Avropa Şurası Baş Katibinin müavini Maud de Boer-Bukuichio da sənədi dəstəkləyib: "Bu Konvensiya uşaqların əsas hüquqlarının dözülməz dərəcədə pozulmasının qarşısının alınması və bu hallarla mübarizə istiqamətində üzv dövlətlərin göstərdiyi səylərin gücləndirilməsinə əlavə edilmiş həqiqi dəyərdir" - deyə Bukuichio qeyd edib.

Konvensiya uşaqların cinsi istifadəsinin müxtəlif formalarını cinayət əməli kimi təyin edən ilk vasitədir. Buraya zor, məcburiyyət və hədələrdən istifadə olunmaqla evdə və ya ailədə baş verən hallar da daxildir.

Bu sahəyə ənənəvi olaraq aid edilən cinayətlərə - cinsi istifadə, uşaq fahişəliyi, uşaq pornoqrafiyası, pornoqrafik səhnələrdə uşaqların məcburən iştirak etdirilməsi, həmçinin uşaqların "seks turizmi" məsələləri də sənəddə əks olunur.

Konvensiya imzalanmaq üçün Avropa ədliyyə nazirlərinin Lanzarotda 25-26 oktyabrda keçiriləcək konfransında açıq elan ediləcək.

Xəbər lenti

Xəbər lenti