Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Əli Dərviş/Çimərliyin açılışı ilə əlaqədar bütün müğənnlər dənizə çimməyə, günəş şüası qəbul etməyə tələsirlər. Hərçənd ki, bəzi müğənniləri qışda da qaralmış görmək olur. Onlar solyarinin gücünə də qarala bilirlər. Qışda ilk qaralmış üçlüyə Roya Ayxan, Faiq Ağayev, Aygün Kazımovanı misal göstərmək olar. Lakin heç də hamı süni qaralmanı sevmir.
İradə İbrahimova günəş altında təbii qaralmaya daha çox üstünlük verir. TrendLife-a müğənnin verdiyi məlumata görə, "son zamanlar Bakıda hava çox isti keçir. Şəxsən mənim bu aylarda dəniz köməyimə çatır. Dənizi, dəniz qumunu, günəş altında qaralmanı çox sevirəm. Məhz buna görə belə möhkəm qaralmışam. Çoxları deyir ki, mən həddən artıq günəş şüası qəbul etmişəm. Bu, məni o qədər də narahat etmir. Əsas odur ki, qaralma yaraşır. Belədə səhnədə daha effektli görünürəm".