Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Azərbaycana əsir düşmüş erməni ilə növbəti dəfə görüşüblər. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Beynəlxalq təşkilatın nümayəndələri Valeri Suleymanyanın saxlanma şəraiti, psixoloji durumu ilə bağlı monitorinq aparıb, həmçinin ailəsinin məktubunu ona çatdırıblar.
Monitorinqin nəticələri konfidensial olduğundan əlavə məlumat verilməyib.
Qarabağ ərazisində yaşayan erməni Süleymanyan bir müddət əvvəl Azərbaycana əsir düşüb. O, əsir düşərkən Qarabağ ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən hərbi rejimin əlindən, orada hökm sürən səfalət və yoxsulluqdan bezidiklərini bildirib və Azərbaycan hökumətindən üçüncü ölkəyə təhvil verilməsini xahiş edib. Üçüncü ölkə kimi isə Rusiyanı göstərib.