...

Ədliyyə Nazirliyinə müsabiqə yolu ilə işə qəbul edilənlərə vəsiqə verilib

Cəmiyyət Materials 25 İyul 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Dövlət qulluğuna işə qəbulla bağlı keçirilmiş müsabiqə nəticəsində Ədliyyə Nazirliyinə işə qəbul edilmiş namizədlərin böyük bir qrupu çərşənbə günü vakant ştat vahidlərinə təyinat alıblar. Bu barədə Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ədliyyə naziri Fikrət Məmmədov gənc mütəxəssislər qarşısında çıxış edərək onlara ədliyyə orqanlarında işin spesifikası və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsədlər barədə məlumat verib.

Sonra işə qəbul edilmiş 67 nəfər Azərbaycanın dövlət bayrağı önündə and içib və onlara xidməti vəsiqələr təqdim edilib.

Xəbər lenti

Xəbər lenti