...

Cazmen Rain Sultanov: "Nəfəs alətlərində ifa etmək, fortepianoda ifa etməkdən çətindir"

Cəmiyyət Materials 2 Avqust 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust, /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycan cazının hazırkı vəziyyəti müxtəlif nəfəs alətlərində ifa edən musiqiçidən asılıdır. Hazırda isə elə musiqiçi azdır. Çoxluğu pianoçular təşkil edir. Axı caz tək fortepianoya görə inkişaf edə bilməz. Bu problemlə əlaqədar cazmen Rain Sultanov "TrendLife"a öz fikrini bildirdi:

"Məsələ doğrudan da ciddidir. Bizim caz fortepianoçularımız təsdiq edirlər ki, Azərbaycanda güclü fortepiano məktəbi mövcuddur. Lakin mən düşünürəm ki, iş bunda deyil. Mən saksafonçu kimi nəfəs alətlərində ifa edən musiqiçilər adından danışacam. Deməli məsələ belədir ki, nəfəs alətlərində ifa etmək fortepianoda ifa etməkdən çox çətindir. Uşağı beş, yeddi yaşı olanda royalda ifa etməyə qoymaq olar. Həmin yaşda nəfəs alətində ifa etmək qat-qat çətindir. Bundan başqa, nəfəs alətində ifa edənlərə iş tapmaq çox çətindir. Çünki onlar aranjemanla məşğul olmurlar. Mahnı yazmırlar. O ki qaldı Azərbaycanda bununla məşğul olan məktəblərin güclü olmasına, bizdə həmişə nəfəs və simli alətlərin məktəbi çox güclü olub. Hesab edirəm ki, Azərbaycanda cazın güclü inkişafı üçün orkestr yaratmaq, yüksək maaşlı iş yerləri açmaq lazımdır. Bundan başqa, ciddi musiqiləri təbliğ etmək üçün konsertlər təşkil etmək, festivallar, müxtəlif seminarlar keçirmək lazımdır. Axı mədəniyyət özü ölkənin gerçək üzüdür".

Xəbər lenti

Xəbər lenti