...

Gəncədə infeksion xəstələrin sayı artıb

Cəmiyyət Materials 2 Avqust 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində bu il 438 infeksion xəstə qeydə alınıb. Bunlardan 354-ü uşaqdır. Bu barədə cümə axşamı Gəncə şəhər Yoluxucu Xəstəlikləri Xəstəxanasının şöbə müdiri Şirin Əhmədova məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə qida zəhərlənməsindən cəmi bir nəfər, kəskin bağırsaq pozğunluğundan isə altı xəstə qeydə alınıb. Əhmədova bildirib ki, bu müddətdə 34 nəfər brüsilyoz xəstəliyinə, 99-u hepatit A, 4-ü hepatit B, 4-ü isə hepatit C-ə tutulub.

Ötən ilin müvafiq dövründə 361 yoluxucu xəstə qeydə alınıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti