...

Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev: "Film qəhrəmanları gərək rənglənmiş olmasın"

Cəmiyyət Materials 4 Avqust 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/ Kino artıq yavaş yavaş da olsa qalxmağa başlayır. Lakin bu prosesin nə qədər çəkəcəyi isə hələ məlum deyil. Əsas odur ki, proses başlayıb. Bu proseslə bərabər düşünmək lazımdır ki, hansı filmlər çəkiləcək. Bu barədə "TrendLife" Dövlət Film Fondunun rəhbəri Cəmil müəllimə "Azərbaycan kinomatorafiyasında hansı filmləri görmək istərdiniz?" sualı ilə müraciət etdi. Cəmil müəllim isə öz növbəsində bu sualı belə cavablaqndırdı: "Mən indi müasir həyatımızda bu günkü problemləri əks etdirən filmləri görmək istərdim. Lakin elə olsun ki, hamısı tənqidi stildə olmasın. Qəhrəmanların həm mənfi həm də müsbət anları olmalıdır. Yəni aktyorlar "rənglənmiş" olmamalıdır. Söhbətimizi belə bir sualla davam etdirdik: "Gənc rejissorlarla işləmək asandırmı?" "düşünürəm ki, gənc rejissorlarda istənilən mövzunu seçmək imkanı var. İndi senzura yoxdur. Gənclər üçün indi işləmək asandır" - deyə o, qeyd etdi.

Xəbər lenti

Xəbər lenti