...

Bakı Uşaq Teatrı "Heyvanxanada" adlı tamaşa hazırlayır

Cəmiyyət Materials 8 Avqust 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust/ müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Bakı Uşaq Teatrı yeni layihə üzərində işləyir. Teatrın direktoru İntiqam Soltanın "TrendLife"a verdiyi məlumata görə, bu qeyri-adi layihə Bakı heyvanxanasında səhnələşdiriləcək. "Tamaşaçılar artıq bizim teatrın yeniliklərinə bir növ adət ediblər. Uşaqları telekanalların təqdim etdiyi bayağı şoulardan uzaqlaşdırmaq üçün tamaşaların məkanlarını dəyişmək vacibdir. Ona görə də biz belə bir addım atdıq" - deyə Soltan bildirib. Heyvanxana rəhbərliyi də teatrın bu təklifini sevinclə qarşılayıb.

Direktorun sözlərinə görə, teatrın yaradıcı heyəti "Heyvanxanada" adlı uşaq tamaşasını yaxın günlərdə balacalara təqdim edəcək. Maraqlıdır ki, yeni tamaşada aktyorlardan başqa, heyvanxananın bəzi heyvanlarını da görmək mümkün olacaq. Hazırda bunun hansı heyvanlar olması ilə bağlı heyvanxana rəhbərliyilə danışıqlar aparılır. Çox güman ki, uşaqların tamaşada görə biləcəyi bəzi heyvanlar açıq şəraitdə, bəziləri isə qəfəsdə olacaq.

Xəbər lenti

Xəbər lenti