...

Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi itiihamla çıxış etdi

Cəmiyyət Materials 10 Avqust 2007 19:38 (UTC +04:00)

Azərbaycan Bakı, 10 avqust / "Trendlife" müxbir G. Əhmədova/

Nəsibə Zeynalovanın adını daşıyan Moskva-Azərbaycan Estrada Gənclər Teatrının fəaliyyəti ilbəil geriləyir. Korifey sənətkarın nəvəsi Nəsibə Əsgərovanı da narahat edən elə bu məsələdir. "TrendLife"ın müxbiri ilə söhbətində o, bu və digər məsələlərə aydınlıq gətirdi:

-Teatr hansı məqsədlə açılıb?

-O sualı hərdən özüm-özümə verirəm, amma cavabını tapa bilmirəm. Sənətkarın adı və yaradıcılığı istiqamətində teatr rəhbərliyi heç bir addım atmayıb. Fəlaiyyətdə olduğu 7 il ərzində teatrda bir dənə də olsun əsər səhnələşdirilməyib.

-Belə çıxır ki, teatr sırf estradaya xidmət edir?

-Bəli. Amma Sərxan Kərəmoğlu 2000-ci ildə teatrı yaradanda başqa vədlərlə çıxış edirdi. Orada estrada proqramları ilə yanaşı, Nəsibə xanımın sənətini tərənnüm edən səhnələr gənc aktyorların ifasında nümayiş etdirilməli idi. Amma teatr sənətkarın adını daşıya-daşıya sırf estradaya, Sərxan Kərəmoğlunun maddi marağına xidmət edir.

-Sərxanla yaradıcılıq əlaqələriniz tamamilə qırılıb?

-Artıq belə demək olar. Nə Sərxan bizi teatrın fəaliyyəti barədə məlumatlandırır, nədə ki, biz Sərxana müraciət edirik. Ümumiyyətlə, onu qeyd etmək istərdim ki, sözügedən insan daha çox imkanlarını komik filmlərdə sınamağı üstün tutur. Sənət ocağı fəaliyyətə başladığı ildə Sərxan teatrdan çox, kinoya xidmət edib. Elə teatrın da fəaliyyətini şou-biznesə istiqamətləndirib.

-Teatrın yarandığı gündən truppası olub?

-Yox. Bizi narahat edən problemlərdən biri də bu olub. S.Kərəmoğlunun yaradıcılığına müdaxilə etmək səlahiyyətim olmadığı üçün hadisələri kənardan izləyir və sənətkarın nəvəsi olduğum üçün fikrimi bildirirəm.

-Cahangir Novruzov bu işə necə baxır?

Atam hazırda Türkiyədədir. İki gün öncə onun yanından gəlmişəm. İş qrafiki həddən artıq gərgindir. Düşündüm ki, onun bura gəlməyi çox çəkəcək, özüm getdim onun yanına. Həmin vaxt atam Bolqarıstanda 15 günlük master-klasslar keçib. Sabah isə İstanbulda ustad dərslərini davam etdirəcək. Eyni zamanda atamın dərs dediyi Çuxurova Universitetinə sənəd qəbulu başlayıb. Atam komissiyanın sədri seçildiyi üçün Bakı səfəri sentyabra qədər ləngiyəcək.

Xəbər lenti

Xəbər lenti