Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yüksək liqanın yeni komandası "ABN-Bərdə"nin ev oyunları keçirəcəyi Bərdə şəhər stadionu bütün tələb olunan normalara cavab verir.
AFFA-nın yarışların təşkili departametinin rəhbəri Məlik Həsənovun bildirdiyinə görə, yaxın günlərdə qurumun xüsusi komissiyası ora yollanacaq. "ABN-Bərdə"nin ev oyunlarının keçirilməsi ilə bağlı bizdə heç bir narazılıq yoxdur. Bu stadionda komanda ötən mövsümün oyunlarını keçirib. Bu yaxınlarda isə orada plastik oturacaqlar quraşdırılıb" - deyə Həsənov vurğulayıb.
Qeyd edək ki, AFFA "ABN-Bərdə" klubuna "MKT-Araz"ın dağılması səbəbindən yüksək liqada oynamaq hüququ verib. Komanda mövsümə ikinci turdan başlasa da, birinci turun "Olimpik"lə oyununu ehtiyat günlərinin birində keçirəcək.