...

Bəstəkar Sərdar Fərəcov: "Mütləq öz müəllimlərinə qayğı və diqqətlə yanaşmalısan. Çünki onlar elə azdır ki.."

Cəmiyyət Materials 23 Avqust 2007 17:00 (UTC +04:00)
Azərbaycan , Bakı / müxbir E. Hüseynzadə/ Üzeyir Hacıbəyovun ev- muzeyi son ildə çox dəyişilib. Əgər əvvəllər bu evin təmirə ehtiyacı vardısa və yaxudda kı, problemləri çox idisə indi həmin şeylər yavaş-yavaş aradan qaldırılır. Demək olar ki, hər şey çox uğurlu alınır. Ev muzeyi sanki canlanıb. Hazırda binanın artıq bir binasıda var ki, orada da ciddi iş gedir. Bu işlərə isə bəstəkar Sərdar Fərəcov rəhbərlik edir. "TrendLife" görkəmli bəstəkarla görüşüb, həm muzeyin həyatı həm də umümilikdə Azərbaycanda musiqi vəziyyəti ilə maraqlandı. -Hazırda bizim təmir sona yaxınlaşmaq üzrədir. İnşallah sentyabrın 18-də Üzeyir bəyin ad günündə işlərimizi bitirib, qonaqları burada qarşılayacağıq. Muzeyimiz həmin gün üçün xüsusi proqramla hazırlaşır. Üzeyir bəyin vokal və instrumental müsiqisi ifa olunacaq. Bundan başqa çalışacağıq həmin gün qeyri adi layihə təqdim edək. Məsələn, keçən il "Azərbaycan Türk musiqisi haqqında" kitabın təqdimatı olmuşdur. Bu il də yeni çapdan çıxmış "O, olmasın bu olsun" kitabının təqdimatını keçirəcəyik. Son illər belə kitab olmayıb. Gələcəkdə isə "O, olmasın bu olsun"un orkestr variantını hazırlayacağıq. Bu vaxta kimi "Əsli və Kərəm", "Şah Abbas və Xurşudbanu" kimi operaların kitabı çapdan çıxarılmayıb. Beş ildən sonra isə yüz yaşı tamam olacaq. Bu operalar isə Azərbaycan tarixində ilk operalardan biridir, onların kitabını çıxarmamaq Üzeyir bəyin xatirəsi önündə günah işlətmiş olardı. Biz indi bunun üçün çalışmalıyıq. İnşallah Mədəniyyət və turizm nazirliyinin köməkliyi ilə bu layihə həyata keçiriləcək. -Vaxt var idi Üzeyir Hacıbəyovun evinin təmirə ehtiyacı vardı. İndi isə əksinə. Muzeydə canlanma hiss olunur.-Biz indi muzeyin canlanması üçün əlimizdən gələni edirik. Muzey ətrafında yaşıllaşdırma işləri aparırıq. Hərçənd qonşu binalarda yaşayan sakinlər buna maneçilik yaradırlar. Belə ki, yaşıllaşdırdığımız yerdə maşınlar saxlayırlar və s. Yəqin ki, böyük darvaza qoyacağıq. Lakin hələ ki, bu alınmır. Əlbəttə yaşıllaşdırdığımız yeri qorumağa çalışacağam. Axı o muzeyə xüsusi gözəllik verir. Məsələn kinozal hazırda müasir texnika ilə təhciz olunub. Şəxsən prezident İlham Əliyevin 28 fevral 2005-ci ildəki əmrindən sonra Üzeyir Hacıbəyovun 120 illiyinə görə muzeydə təmir işləri aparıldı. Təmir işlərində bizə Polad Bülbüloğlu, indi isə Əbülfəz Qarayev köməklik göstərir. Bilirsiniz bina 19-cu əsrin sonunda tikilib. Əlbəttə ki, təmirə böyük ehtiyacı vardı. Təmir işləri isə bir qədər çətin oldu. Muzeyin hazırki vəziyyəti hər kəsin çox xoşuna gəlir. Hesab edirəm ki, təmir işləri hər on, on beş ildən bir olmalıdır.-Muzeyə çox adam gəlir?-Az adamların gəlməsi ilə bizdə heç vaxt problem olmayıb. Allaha çox şükür ki, tələbələr, məktəblilər yaşlı adamlar tez tez muzeyi ziyarət edirlər. Üzeyir Hacıbəyov elə bir şəxsiyyətdir ki, hər birimiz üçün qiymətlidir. Burada çox vaxt xaricilər də olur. Gün ərzində ən azı on beş iyirmi nəfər adam olur. Bayram günlərində isə insanların sayı çoxalır.-Hansısa muzey məhsulu buraxılacaq?-İki il ərzində üç kitab buraxmışıq. Həmçinin biz istərdik ki, "Üzeyir Hacıbəyovun muzeyi" adlı kitab çıxaraq. Həmin kitaba muzey haqqında hər şey daxil olacaq. Bunun üçün biz təmir işlərin tam bitməsini gözləyirik. Axı bixim indi sahəmiz də böyüyüb. Muzeydə həmçinin inzibati hissə və sərgi salonu da olacaq. Ümidvaram ki, bütün nəzərdə tutduğumuz işləri ilin sonuna qədər bitirəcəyik. - Hesab etmirsiniz ki, muzeydə tez-tez konsert keçirmək olar?-Bəli. Düşünürəm ki, heç olmazsa kvartalda bir dəfə etmək lazımdır. Vaxt var idi bizim muzey filarmoniyanın filialı idi. Bir çox tanınmış ifaçılar filarmoniyada konsert verdikdən sonra səhərisi muzeydə konsert verirdildər. İnsanlar filarmoniyaya gedə bilmirdilərsə mütləq bura gəlirdilər. Əlbəttə ki, muzeyə çox insan sığışmır. Maksimum 500-600 nəfər. Həmin vaxta müğənni ilə də söhbət etmək olurdu. Düşünürəm ki, gələcəkdə filarmoniyanın rəhbərliyi ilə danışıb, ənənəni davam etdirək. Belə olan halda konsertlərin sayı da çoxalar. Hər bir şəhərimizə gələn qonaq Üzeyir bəyin evini də görmək şansı qazanacaq. -Sərdar müəllim indi isə bir bəstəkar kimi Sizə müraciət edirəm. Sizcə bizim operaya yeni müasir qəhrəman lazım deyil ki?-Üç-dörd il bundan əvvəl biz Hüseynağa Atakişiyevlə düşünürdük ki, bizim musiqi teatrımıza mütləq yeni dalğa lazımdır. Və Şekspirin motivi əsasında "Ölçü ölçüyə" müziklini yaratdıq. Çox yaxşı da alınmışdır. İndi isə mən Musiqili Komediya Teatrının rəhbərliyi ilə danışıb orada müzikl qoymaq istəyirəm. Müzikl elə bir janrdı ki, burada həm akademik həm də estrada janrında olan müğənnilər çıxış edə bilərlər. Əlbəttə Musiqili Komediya Teatrı akademik teatrdır. Lakin hazırki vəziyyətdə ona prodüsser lazımdır. İnanın ki, bu çox maraqlı olardı. Bundan başqa istərdim ki, Nizami mövzusuna yarı estrada yarı klassik musiqili tamaşa yaradım.-Bəstəkarlar İttifaqının keçən qurultayında gənc bəstəkarların əsərləri çox az səsləndi. Bu nə ilə əlaqədardır?-İstedadlı gənclər var. 90-cı illərdən sonra ölkədə yaranan acınacaqlı vəziyyət bizim musiqi incəsənitimizdən də yan ötmədi. İndi-indi həmin böhrandan çıxırıq. Ümid edirəm ki, getdikcə hər şey daha yaxşı olacaq. Lakin hazırda çoxlu sayda peşəkarları itiririk. Məsələn bizdə dahi rəssamlar çox az qalıb. Bu danılmaz faktır. Bəstəkar işi çox çətinləşib. O fakt deyil ki, mahnını yazdın verdin arenjmana vəssalam iş bitdi. Hazırki prosses çox çətindir. Sən yaxşı mahnı yaza bilərsən lakin onu pis orkestrləşdirsən pis səslənəcək. Yaxşı orkestrləşdirmək üçün isə böyük sənətkardan öyrənməlisən. Belə ustadlardan da indi Arif Məlikov və Aqşin Əlizadə qalıb. Qalanları isə gəncdirlər. Düzdür onlar istedadlıdırlar. Amma həmin gənclər Arif Məlikov, Xəyyam Mirzəzadə, Akşin Əlizadə məktəbini keçməyiblər. Məhz buna görədə biz həmin müəllimlərimizi qorumalı və onlara can sağlığı arzumalıyıq. Gənclər düzgün yolda olmaları üçün onların məktəbini keçməlidirlər. Məslən Xəyyam Mirzəzadə dahi simfoniyaçı və müəllimdir. Doğruur gənclərimiz arada yaşlı nəsilə hörmətsiz yanaşırlar. Bu düzgün deyil! Bu insanlar öz sözlərini artıq deyiblər. Bu yaxınlarda rusiya kanallarının birində dahi rəqqas Marius Liepu haqqında verliş gedirdi. Orada Çaykovskinin, Mikusanın və Arif Məlikovun musiqisi səslənirdi. Bunu Moskva göstərirdi. 1963-cü ildə Sovet musiqi ensiklopediyası buraxıldı. Orada "Sovet baleti" adlı bölüm vardı. Həmn baletdə dörd müəllifin adı çəkilirdi: Prokofyev, Xaçaturyan, Qarayev, Məlikov. Mən bununla fəxr edirəm! Bunlar dahi insanlardır.

Xəbər lenti

Xəbər lenti