...

Ömürlük məhkum idman edərkən aldığı zədədən müayinə olunur

Cəmiyyət Materials 29 Avqust 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Milli Məclisin vitse-spikeri Afiyəddin Cəlilovun ölümündə təqsirli bilinən məhkum 2 ay öncə idman edərkən aldığı zədədən müayinə olunur. Ədliyyə Nazirliyi Baş Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə günü Trend ə bildirib ki, ötən həftənin axırı Müalicə Müəssisəsinə köçürülən ömürlük azadlıqdan məhrum edilmiş məhkum Dəyanət Kərimov hazırda müayinələrdən keçir. Mehdiyevin sözlərinə görə, Kərimovun sol diz oynağında zəif nosttravmatik artrit əlamətləri var: "O, iki ay öncə həbsxanada öz kamerasında idman edərkən ayağı zədələnib. O, həbsxananın tibbi hissəsində müalicə alıb və əlavə müayinələr üçün Müalicə Müəssisəsinə köçürülüb".

Məhkum müayinələrdən keçəndən və lazımi müalicəni alandan sonra yenidən həbsxanaya köçürüləcək.

Dəyanət Kərimovun bacısı Nübar Qasımova isə bildirib ki, qardaşı həbs olunarkən işgəncələrə məruz qalıb və ayağında ağrıların başlaması da bu işgəncələrin nəticəsidir. Kərimov barəsində çıxarılmış ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi ilə razı deyil. Cəzasının 15 ilə endirilməsini tələb edən məhkum Qaradağ rayon məhkəməsinə, Ali Məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti