...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 242 avtomaşının istismarına qadağa qoyub

Cəmiyyət Materials 5 Sentyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakıda keçirilən "Təmiz hava" aylığı zamanı 40 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexində yoxlamalar aparılıb. Yoxlanan 1012 avtomobildən 359-nun mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanıb. Bu barədə çərşənbə günü "Təmiz hava" aylığının nəticələrinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.

"Xəyal Holdinq" MMC, Bakı şəhər Metropoliteni, Xətai rayon Mənzil Kommunal Təsərrüfatının nəqliyyat sahəsi, "Tamponaj və Layların Neft Artırılması" İdarəsinin nəqliyyat sahəsi, "Abşeronneft" NQÇİ-nin nəqliyyat sahəsi, "Neftqaztikinti" trestinin avtonəqliyyat sahəsi, "Bakıelektrikşəbəkə" ASC-nin nəqliyyat sahəsi, Sosial İnkişaf İdarəsinin nəqliyyat sexi, "Bakı nəqliyyat 10" ASC, "Qum adası" NQÇİ-nin nəqliyyat sexi və s. müəssisələrdə aparılan yoxlamalar zamanı nasazlıqlarının aradan qaldırılması mümkün olmayan 242 avtomaşının istismarı qadağan edilib.

İbrahimova bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən avtomobil təsərrüfatlarında qazanalizedici cihazların olmaması səbəbindən, zərərli birləşmə olan karbohidrogenlərin miqdarına nəzarət aşağı səviyyədə, avtonəqliyyat müəssisələrinin karbon oksidinin miqdarına nəzarət üçün lazım olan qazanalizedici cihazların təchizatı isə pis vəziyyətdədir. Dizel mühərrikli avtomobillərin işlənmiş qazlarının tüstülük dərəcəsinə nəzarət üçün lazım olan tüstüölçən cihazlara isə, az-az təsadüf olunur.

Xəbər lenti

Xəbər lenti