...

Təhsil naziri höküməti məktəblərin ərazisində binaların tikintisinin qarşısını almağa çağırır

Cəmiyyət Materials 5 Sentyabr 2007 13:16 (UTC +04:00)
Təhsil naziri höküməti məktəblərin ərazisində binaların tikintisinin qarşısını almağa çağırır

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Orta məktəblərin ərazilərinə müdaxilələr olur. Bu barədə Azərbaycanın Təhsil naziri Misir Mərdanov çərşənbə günü keçirilən təhsil müəssisə rəhbərlərinin ümumrespublika konfransında bildirib.

Nazirin sözlərinə görə, xüsusilə Bakı şəhərində orta məktəblərə aid sahələrdə tikintilər aparılır. Buna isə məktəb direktorları göz yumur, hətta bəzi hallarda bu qanunsuzluğa rəvac verirlər. Nazir bildirib ki , Azərbaycan höküməti belə halların qarşısını almaq üçün təcili tədbirlər görməlidir. "Köhnə binaların yerində yeni binalar tikilərkən məktəblər, uşaq bağçaları üçün yerlər ayrılmır. Biz gələcəkdə Bakıda məktəblər, bağçalar tikmək üçün yer tapmayacağıq", - deyə nazir diqqətə çatdırıb.

Nazir həmçinin məlumat verib ki, bu ilin sonunadək 200 yeni məktəbin tikilməsi, 50 məktəbin əsaslı təmiri başa çatdırılacaq. Daha 600 məktəb üçün yeni binanın tikilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti