...

Baş məşqçi: " Buradakı iş rejimini gördükdən sonra "Neftçi"ni qəbul etmək qərarına gəldim"

Cəmiyyət Materials 6 Sentyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Mən "Neftçi"nin təklifini , buradakı arzulanan iş rejimini gördükdən sonra qəbul emək qərarına gəldim". Bakılıların yeni baş məşqçisi öz seçimini belə izah edib.

Məşqçi qeyd edib ki, onunla futbol üzrə Azərbaycan çempionatının gümüş mükfatçılarının rəhbərliyi əlaqə saxlayaraq, Bakıya dəvət edib və bir illik müqavilə təklif edib. "Məni qarşılamaları çox xoşuma gəldi. Lakin düzünü desəm, bu təklifə qədər heç bir yerdə işləmək istəmirdim və cari ilin sonuna qədər fasilə vermək istəyirdim", - deyə V.Petrjela etiraf edib.

Bakı onun xoşuna gəlirmi? - sualına Petrjela belə cavab verib: "Bakı 10 ildən sonra gözəl olacaq. Hazırda burada qlobal tikinti işləri gedir. Lakin artıq hazırda Bakının özünəməxsus stili var. Hardasa, o, Dubaya bənzəyir".

Xəbər lenti

Xəbər lenti