Azərbaycan, Bakı, 8 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Yuli Qusmanın "Bakılı oğlanlar" komandası, həqiqətən, canlı əfsanə idi. İndi nə edək, əsrin yarısını gözləyək ki, nə vaxt ŞHK komandası yaranacaq? Bu sualla "TrendLife" kinorejissor Qusmana müraciət etdi. "Çox təəssüflənirəm, yeni komanda yaranmır. Bu yaxınlarda Aleksandr Maslyakovdan eşitdim ki, tezliklə ŞHK-nin müxtəlif yaşlı komandaları yenidən bir arada olacaqlar. Orada həmçinin bakılılar da iştirak edəcək. Baxaq, görək necə alınır. Mən öz komandamız üçün çox darıxıram. "Bakılı oğlanlar-3"ü mütləq yaratmaq lazımdır" -deyə Qusman sualımızı cavablandırdı.