...

"Xəzər Lənkəran"ın məğlubiyyəti baş məşqçi üçün sürpriz oldu

İdman Materials 21 Fevral 2012 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Unibank Premyer Liqasının XXI turunda "Xəzər Lənkəran" klubunun məğlub olması komandanın baş məşqçisi Cüneyt Biçər üçün sürpriz olub.

"Nəticənin belə olacağını gözləmirdim. Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu", - Trend-in məlumatına görə, bu sözləri "Qəbələ"yə məğlubiyyətdən (1:2) sonra Cüneyt Biçər deyib.

Türkiyəli mütəxəssis komandasının pis oynamadığını bildirib. "Futbolda belə hallar olur", - baş məşqçi əlavə edib.

Kamran Ağayevin bugünkü matçda oynamaması ilə bağlı isə Biçər deyib ki, qapıçının dünən axşam hərarəti qalxıb. "Biz Kamranın hərarətinin enməsi üçün ona iynə vurduq. Bununla belə, Kamranın qızdırması enmədi. Bu səbəbdən onu ehtiyatda saxlamağa məcbur olduq", - o deyib.

Sonda Biçər komandanın yeni transferlərinin oyunu haqqında danışıb.

"Mənim istədiyim futbolu sərgiləyə bilmədilər. Onlara uyğunlaşmaq üçün bir qədər zaman lazımdır", - Biçər bildirib.

Xəbər lenti

Xəbər lenti