...

Azərbaycanın 6 futbol klubu XXI əsrin ən güclü 600 komandası arasındadır

İdman Materials 20 Mart 2012 15:45 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrdə Avropanın 600 ən güclü klubunun yer aldığı siyahını açıqlayıb.
Azərbaycanın 6 futbol klubu XXI əsrin ən güclü 600 komandası arasındadır

Azərbaycan, Bakı, 20 mart /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrdə Avropanın 600 ən güclü klubunun yer aldığı siyahını açıqlayıb.

Trend-in məlumatına görə, reytinq cədvəlində Azərbaycanın 6 futbol klubu yer alıb. Klublarımız arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Aktivində 436 xalı olan Ağdam təmsilçisi İsveçrənin "Sent Qallen" komandası ilə birgə 314-cü yerdədir.

Ümumilikdə, Azərbaycan klublarının reytinqdəki mövqeləri belədir:

314. "Qarabağ" - 436 xal
330. "Neftçi" - 422 xal
392. "Bakı" - 345 xal
445. "Xəzər Lənkəran" - 301 xal
459. "İnter" - 294 xal
594. "Karvan" - 203 xal

Reyqinq cədvəlinə 2917 xalla İspaniyanın "Barselona" klubu başçılıq edir. İngiltərənin "Mançester Yunayted" klubu ikinci (2793 xal), "Arsenal" isə üçüncü (2618 xal) yeri tutur.

Xəbər lenti

Xəbər lenti