...

"İnter" və "Qarabağ" sülhlə ayrıldılar, "Xəzər Lənkəran" isə irəliləyir

İdman Materials 7 Aprel 2012 18:02 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasında XXVII turun oyunlarına start verilib.
"İnter" və "Qarabağ" sülhlə ayrıldılar, "Xəzər Lənkəran" isə irəliləyir

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Bu gün Unibank Premyer Liqasında XXVII turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Qəbələnin eyniadlı komandası öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib. Matçın artıq 2-ci dəqiqəsində Branimir Subaşiçin qolu ilə lənkəranlılar hesabda irəli çıxıblar (0:1). Matç elə bu hesabla da başa çatıb.

Turun digər maraqlı görüşü "Şəfa" stadionunda baş tutub. Yerli "İnter" klubu "Qarabağ"la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matçda ilk hissə qolsuz başa çatıb. İkinci hissənin 75-ci dəqiqəsində Maksim Medvedev "İnter" müdafiəçilərinin səhvindən maksimum istifadə edib (0:1). Matçın son dəqiqəsində Baçana Sxadadze "İnter"in bərabərlik topunu vurub (1:1).

İkinci "altılıq"da da bir oyun keçirilib. Tovuzun "Turan" klubu öz meydanında "Kəpəz"lə qarşılaşıb. Təhlükəli zonadan uzaqlaşmaq uğrunda mübarizə aparan Tovuz təmsilçisi artıq matçın 25-ci dəqiqəsində gəncəlilərin qapısından 2 top keçirərək qələbə qazanıb (Azər Məmmədov, 3, Aleksandr Qoqoberişvili, 25-pen).

XXVII tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq. "Neftçi" "Bakı"nı, AZAL "Sumqayıt"I, "Rəvan" isə "Simurq"u qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti