...

"Xəzər Lənkəran"a "Bakı" şilləsi

İdman Materials 14 Aprel 2012 18:14 (UTC +04:00)
Bu gün futbol üzrə Unibank Premyer Liqasının XXVIII turunun oyunları keçirilir.
"Xəzər Lənkəran"a "Bakı" şilləsi

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün futbol üzrə Unibank Premyer Liqasının XXVIII turunun oyunları keçirilir.

"Bakı" - "Xəzər Lənkəran" görüşündə meydan sahibləri böyük hesabla qələbə qazanıblar - 4:1.

Paytaxt təmsilçisinin qollarını 34, 41 və 57-ci dəqiqələrdə Deividas Çesnauskis, 69-cu dəqiqədə isə Aleksandr Soliç vurub.

"Xəzər Lənkəran" isə azarkeşlərini cəmi bir dəfə sevindirə bilib. 66-cı dəqiqədə Branimir Subaşiç komandasının təsəlli qoluna imza atıb. Qeyd edək ki, 78-ci dəqiqədə Katalin Domanın qırmızı vərəqə alması ilə qonaqlar matçı azlıqda keçiriblər.

Turun digər oyunlarına gəldikdə, AZAL - "Rəvan" qarşılaşması minimal hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qolunu Zohair Benouahi vurub. Qarşı tərəfdən isə Ekrem Hodziç fərqlənib.

"Qəbələ" - "Qarabağ" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yannik Kamanan 70-ci dəqiqədə vurduğu qolla ağdamlıları xaldan məhrum edib.

"Neftçi" - "İnter" qarşılaşması isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Turun sabah keçiriləcək digər oyunlarında "Turan" "Simurq"u, "Sumqayıt" isə "Kəpəz"i qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti