Azərbaycan, Bakı, 24 may /Trend/
Unibank Premyer Liqasının aprel və may ayı üçün ən yaxşı futbolçularının adı rəsmən məlum olub.
Trend-in məlumatına görə, aprel ayının ən yaxşısı "Bakı" klubunun oyunçusu Deyvidas Çesnauskis, may ayının ən yaxşısı isə "Xəzər Lənkəran"ın futbolçusu Eder Bonfim seçilib.
Mükafat sahiblərinin hər birinə simvolik olaraq, 1111 manat verilib.