Azərbaycan, bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/
Futbol üzrə U-17 qadınlararası dünya çempionatında Azərbaycan yığmasının qarşısına qrupdan çıxmaq məqsədi qoyulub. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
"Biz ev sahibi kimi dünya çempionatına birbaşa vəsiqə qazanmışıq. Azərbaycanda qadın futbolu gəncdir, lakin buna baxmayaraq, biz qarşımıza ən azı qrupdan çıxmaq məqsədi qoymuşuq", - o deyib.
Məmmədov qeyd edib ki, əsas olan xalqın yığma komandaya verdiyi dəstəkdir.
"Bu yaxınlarda Azərbacan yığması Lənkəranda Latviya millisi ilə qarşılaşdı və həmin oyunda azarkeşlərin böyük dəstəyini gördük", - Məmmədov deyib.
Yığmanın baş məşqçisi Sissi Rayt isə qeyd edib ki, Azərbaycan milli komandası çempionata çox böyük məsuliyyətlə hazırlaşıb.
Qeyd edək ki, DÇ bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək.