...

Elnur Məmmədli olimpiadada ilk görüşündəcə uduzub

İdman Materials 31 İyul 2012 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bu gün XXX London Yay Olimpiya Oyunlarında 81 kq çəki dərəcəsində kişi cüdoçuların mübarizəsində Azərbaycan milli komandasının medal ümidi Elnur Məmmədli tatamiyə çıxıb.

Trend-in məlumatına görə, ikiqat Avropa çempionu, Pekin olimpiadasının qızıl medalçısı 1/32 final mərhələsində kanadalı Antuan Val-Forte ilə qarşılaşıb.

Məmmədli bu görüşdə məğlub olub.

Xatırladaq ki, artıq 4 cüdoçumuz yarışda çıxışını medalsız başa vurub.

Xəbər lenti

Xəbər lenti