...

Heç-heçə də bir nəticədir - AFFA prezidenti

İdman Materials 8 Sentyabr 2012 01:31 (UTC +04:00)
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan və İsrail yığmaları arasında futbol üzrə DÇ-2014 seçmə mərhələsinin oyunun nəticəsini şərh edib.
Heç-heçə də bir nəticədir - AFFA prezidenti

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, M. Əliyev/

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan və İsrail yığmaları arasında futbol üzrə DÇ-2014 seçmə mərhələsinin oyunun nəticəsini şərh edib.

"Yığmamız məzmunlu oyunu nümayiş etdirdi. Təəssüf ki, qələbə qazanmağı bacarmadı, amma heç-heçə də bir nəticədir", - o deyib.

Abdullayev milli komandanın azarkeşlər tərəfindən dəstəkləndiyini qeyd etdi. "Əgər azarkeşlər yığmanı dəstəkləyəcəklərsə, onda komandadan qələbələri gözləməyə dəyər", - AFFA prezidenti bildirib.

Azərbaycanın Portuqaliyaya növbəti matçına toxunaraq, Abdullayev qeyd edib ki, istənilən nəticə mümkündür.

Xəbər lenti

Xəbər lenti