...

Futbol üzrə Azərbaycan yığmasının üzvləri Bakı SOS Uşaq Kəndində olublar (FOTO)

İdman Materials 8 Oktyabr 2012 10:46 (UTC +04:00)
Vaxtaşırı müxtəlif uşaq evlərini, qocalar və əlillər üçün pansionatları ziyarət edən Azərbaycan milli komandasının üzvləri bu ənənəni davam etdirib.
Futbol üzrə Azərbaycan yığmasının üzvləri Bakı SOS Uşaq Kəndində olublar (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Vaxtaşırı müxtəlif uşaq evlərini, qocalar və əlillər üçün pansionatları ziyarət edən Azərbaycan milli komandasının üzvləri bu ənənəni davam etdiriblər.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə millimiz baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Bakı SOS Uşaq Kəndində olub.

Futbolçular burada tərbiyə alan uşaqlara topla müxtəlif fəndlərin icrasını nümayiş etdirib, əyləncəli futbol oyunları təşkil olunub.

Uşaqlara AFFA-nın hədiyyələri verilib və xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti