...

Azərbaycan kubokunun püşkü atıldı

İdman Materials 12 Oktyabr 2012 16:38 (UTC +04:00)
Bu gün 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.
Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bu gün 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2012/2013-cü il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək. Bunlardan 12-si Premyer Liqanı, qalan 9-u isə I divizionu təmsil edir:

"Neftçi", "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Bakı", "Qəbələ", AZAL, "Rəvan", "Kəpəz", "Simurq", "Turan", "Sumqayıt", "Qaradağ Lökbatan", "Neftçala", "Bakılı", "Lokomotiv", "Tərəqqi", "Şuşa", MOİK, "Ağsu", "Qala".

Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

Artıq bütün cütlüklər məlumdur:

"Tərəqqi" - "Ağsu"

"Bakılı" - MOİK

"Şuşa" - "Neftçala"

"Qaradağ Lökbatan" - "Lokomotiv"

"Qala" - "Kəpəz"

"Rəvan" - "Turan"

"Simurq" - AZAL

"Sumqayıt" - "Bakı"

"Qəbələ" "Qaradağ Lökbatan" - "Lokomotiv" cütünün qalibi ilə

"Qarabağ" "Qala" - "Kəpəz" cütünün qalibi ilə

"İnter" "Bakılı" - MOİK cütünün qalibi ilə

"Xəzər Lənkəran" "Rəvan" - "Turan" cütünün qalibi ilə

"Neftçi" "Tərəqqi" - "Ağsu" cütünün qalibi ilə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti