...

Rusiya-Azərbaycan matçına 30 min bilet satılıb

İdman Materials 15 Oktyabr 2012 16:09 (UTC +04:00)
Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya-Azərbaycan matçına 30 min bilet satılıb.
Rusiya-Azərbaycan matçına 30 min bilet satılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya-Azərbaycan matçına 30 min bilet satılıb. Bu barədə Trend bazar ertəsi Rusiya KİV-ə istinadən məlumat verir.

Rusiya yığmasının mətbuat xidmətinin rəhbəri İlya Kazakovun sözlərinə görə, oyunun keçiriləcəyi "Lujniki" stadionunun tribunalarına 50 minə yaxın azarkeş toplaşacaq.

Qeyd edək ki, stadion 85 minə yaxın azarkeş tutumuna malikdir.

Rusiya-Azərbaycan matçı oktyabrın 16-da saat 20:00-da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti