...

Azərbaycanda futbol oyunlarını 160 minə yaxın azarkeş izləyib

İdman Materials 5 Noyabr 2012 20:28 (UTC +04:00)
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, II dövrənin baş tutan ilk turunu da nəzərə alsaq, komandalar 68 qarşılaşmaya çıxıblar. Fasiləyə qədər olan müddətdə Premyer Liqanın oyunlarını 158 190 tamaşaçı izləyib.
Azərbaycanda futbol oyunlarını 160 minə yaxın azarkeş izləyib

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan Premyer Liqasının XII turundan sonra klublar növbəti fasiləyə yollanıb.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, II dövrənin baş tutan ilk turunu da nəzərə alsaq, komandalar 68 qarşılaşmaya çıxıblar. Fasiləyə qədər olan müddətdə Premyer Liqanın oyunlarını 158 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin gəldiyini göstərir.

Mövsümün arxada qalan hissəsinin rekordu 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb. İlk turun "Kəpəz" - "Turan", III turun "Sumqayıt" - "Qarabağ", VIII turun "Kəpəz" - "Qarabağ" və IX turun "Sumqayıt" - "Rəvan" görüşlərini məhz bu sayda tamaşaçı seyr edib. Mövsümün antirekordu isə "Qarabağ"la "Bakı" arasında görüşdə qeydə alınıb - cəmi 150 tamaşaçı.

2 dəfə rekord sayda azarkeş toplayan "Sumqayıt"ın ev oyunlarını daha çox - 29700 fanat izləyib. Lakin "Gənclik şəhəri" təmsilçisi nisbətən çox - 7 ev oyunu keçirib. Öz meydanındakı matçlarda orta tamaşaçı sayında isə "Xəzər Lənkəran" zirvədədir. "Kəpəz" 2-ci, "Sumqayıt" isə 3-cüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti